Amerikalı polkovnik: “Vaşinqton Ukraynanı və onun xalqını məhv etdi”backend

Amerikalı polkovnik: "Vaşinqton Ukraynanı və onun xalqını məhv etdi"

“Yuxularımızda biz müharibədən sonrakı şəraitdə Rusiyanı resurslarını itirən, hərbi qüvvələri və iqtisadiyyatı məhv olan bir ölkə kimi görürdük”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor deyib.

O, Rusiyanın əvəzinə Ukraynanın məhv edildiyini açıqlayıb.

“Belə planlar həyata keçirilə bilməz.  Əvəzində Vaşinqton Ukraynanı və onun xalqını məhv etdi”, – deyə Makqreqor bildirib.

Polkovnik deyib ki, ABŞ Rusiyanı zəiflətmək və onun resurslarını mənimsəmək üçün Ukraynanı hazırlayır.

“Lakin, hesab edirəm ki, Ukrayna dağılacaq. Hazırda Vaşinqton Kiyev ilə ümumiyyətlə maraqlanmır”, – deyə keçmiş müşavir əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*