Amerikalı rok solistə qarşı ağır ittihambackend

Amerikalı rok solistə qarşı ağır ittiham

ABŞ-ın “Aerosmith” rok qrupunun solisti Stiven Tayler azyaşlıya qarşı cinsi təcavüzdə ittiham olunub.

KONKRET.az “Deadline”a istinadla xəbər verir ki, zərərçəkmiş Culiya Holkombun dediyinə görə, o, 1973-1976-cı illər arasında “Aerosmith” qrupunun solisti ilə görüşüb. Həmin vaxt onun 16, Taylerin isə 25 yaşı olub.

İddia ərizəsində musiqiçi cinsi zorakılıq, döymə və qəsdən mənəvi zərər vurmada ittiham olunur.

Holkomb, həmçinin, 17 yaşında Taylerdən hamilə qaldığını, lakin musiqiçi uşağı saxlamaq qərarına gələrsə, münasibətləri dayandıracağı ilə hədələyərək onu abort etdirməyə məcbur etdiyini bildirib.//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*