ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Ermənistanda səfərdədir.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, senator Deyns iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və Ermənistan rəsmiləri ilə görüşlərdə ümumi prioritetlərin irəli sürülməsi məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, senator Deyns Ermənistandan əvvəl Azərbaycan və Gürcüstanda səfərdə olub, adıçəkilən ölkələrin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.
Xatırladaq ki, ötən gün Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coşua Hak bu gün Azərbaycana gəlib.