Amerikalı senatordan ikiüzlü AÇIQLAMA: “Bakı dərhal qoşunlarını Ermənistandan çıxarmalıdır!”backend

Amerikalı senatordan ikiüzlü AÇIQLAMA: “Bakı dərhal qoşunlarını Ermənistandan çıxarmalıdır!”

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ketrin Klark Azərbaycana edilən hərbi yardımın dayandırılmasının və ermənilərə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

KONKRET.az “Sputnik”ə istinadən xəbər verir ki, amerikalı konqresmen daha da irəli gedərək ikiüzlülüyünü sərsəm fikirləri ilə nümyiş etdirib. Klark “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən dərhal çıxarılmalıdır” deyərək öz miskin xislətini ortaya qoyub.  O həmçinin ermənipərəst konqresmen Frank Pallonenin Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı təklifindən qürur duyduğunu bəyan edib.

Xatırladaq ki, bir müddət öncə Pallone konqresdə Azərbaycana edilən hərbi yardımın dayandırılması ilə bağlı təklif irəli sürüb və Nümayəndələr palatası düzəlişi təsdiqləyib.

Bütün bunlar dünyada demokratiya carçısı kimi çıxış edən ABŞ konqresindəki bəzi senatorların əsl simasını ortaya qoyur. Erməni lobbisindən maliyyələşən, xəritədə Cənubi Qafqazı, Azərbaycan və Ermənistanı göstərə bilməyən  konqresmenlər üçün isə vacib olan puldur. Bu cür açıqlamaların pul qarşılığında edildiyi isə heç kimə sirr deyil. Əks halda bu konqresmenlər Azərbaycan ordusunun öz sərhədlərini müəyyənləşdirdiyini, Ermənistanın isə buna mane olmaq üçün təxribatlara əl atdığını anlamış olardı. Ancaq anlamaq lazımdır ki, belə cılız konqresmenlərin fikirlərinin heç bir hüquqi təsiri yoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Ali
    İyul 31, 2021 - 18:01

    Ay it get o yanda hür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*