Amerikalı siyasi fəal və prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.
KONKRET.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Məlumata görə, atəş nəticəsində tədbir yarıda kəsilib, Kirk mühafizəçilər tərəfindən ərazidən aparılıb.
Qeyd olunur ki, hücumda şübhəli bilinən şəxs saxlanılıb, polis hadisə ilə bağlı araşdırma aparır.
“Fox News” Kirkin mətbuat katibinə istinadən vurğulayıb ki, hazırda siyasi fəalın vəziyyəti məlum deyil.
Bir sıra nüfuzlu respublikaçılar, məsələn, Pentaqonun rəhbəri Pit Heqset, vitse-prezident Cey Di Vens, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən Kirki dəstəkləyən bəyanatlar verilib. “Hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik!” – Amerika lideri özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Kirkin boğaz nahiyəsindən yaralandığı görünür. “Associated Press” qeyd edir ki, Kirki vuran yaşlı kişi həbs olunub, onun şəxsiyyəti barədə hələlik məlumat yoxdur.