Son sorğular göstərdi ki, ABŞ böyük müharibəyə girsəydi, amerikalı yeniyetmələrin əksəriyyəti orduda xidmət etmək istəməzdi.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-da keçirilən sorğunun nəticələrində deyilir.
Nəticələr silahlı qüvvələrin bütün qollarını əhatə edir. Son illərdə orduya işə qəbulla bağlı göstəricilər xeyli azalıb. Bu da o deməkdir ki, amerikalı gənclər hərbi xidmət karyerasına bir o qədər üstünlük vermirlər. Məsələn, 2023-cü ildə ordu və Hərbi Hava Qüvvələrinə 10.000-ə yaxın amerikalı işə qəbul edilib. Hərbi Dəniz Qüvvələrinə isə 6.000 nəfər işçi götürülüb. Bu isə o deməkdir ki, 1987-ci ildən indiyədək fəaliyyətdə olan işçilərin sayı 39 faiz azalıb.
Mütəxəssislər bildirirlər ki, bu cür çatışmazlıqlar getdikcə dəyişkən qlobal mənzərədə narahatlıq doğurur. Amerika rəhbərliyi öz hərbi gücü ilə fəxr etsə də, belə göstəricilər ümumi əhval-ruhiyyəyə təsir edir, dövlətin hərbi siyasətində əminliyi azaldır.
ABŞ Dəniz Piyadalarının sabiq nəqliyyat operatoru Castin Henderson bildirib ki, piyada qüvvələrinə işə götürülənlərə hərbi sirləri öyrətmək üçün bir neçə həftə tam yetərli ola bilər. Amma bunu ordunun digər birləşmələri üçün demək ağılsızlıq olar. “Deyək ki, Hərbi Dəniz Qüvvələrində hərbçilərə sualtı qayıqları idarə etmək və ya təyyarələrdən necə istifadə etmək üçün iki ay yetərli deyil.
Orduya cəlb olunan könüllülər arasında azalma var ki, bu da həmin təlimlərin keçirilmə dinamikasına ciddi təsir edir.
Müdafiə Nazirliyinin sözçüsü, komandir Nikol Şveqman isə deyib ki, “Biz ordunun insanların əksəriyyəti üçün həyat qabiliyyətli və məhsuldar bir karyera seçimi olaraq qalmasını təmin etmək üçün fəal şəkildə səy göstəririk”.
“Echelon Insights” tədqiqat institutunun 23-26 oktyabrda 1029 respondent arasında apardığı sorğu nəticəsində məlum olub ki, sorğuda iştirak edənlərin 72 faizi könüllü olaraq silahlı qüvvələrdə xidmət etmək istəmir.
Yerdə qalan iştirakçılar isə hələ suala tam cavab verə bilməyənlərdir. Sorğu HƏMAS-ın oktyabrın 7-də İsrailə misli görünməmiş silahlı hücuma rəhbərlik etməsindən sonra keçirilib.
“Military Recruiting Experts” şirkətinin baş direktoru David Eustice Newsweek-ə deyib ki, amerikalıların Vyetnam və Əfqanıstandakı müharibəyə də münasibəti belə olub. Oktyabrın əvvəlində J.L. Partners-in Daily Mail üçün keçirdiyi 1000 respondent arasındakı sorğu da göstərdi ki, amerikalıların əksəriyyəti öz ölkələri uğrunda döyüşmək əzmində olduqlarını desə də, 18-29 yaş arası gənclər belə düşünmür.
Gallup sorğusu da göstərdi ki, orduya inam altıncı ildir durmadan azalır və nəticədə 60 faizə düşüb.
Recruit Military-nin vitse-prezidenti olan Hendersona görə, müasir texnologiya ümumilikdə qarşılıqlı ünsiyyəti azaldıb və bu, hərbi işə öz mənfi təsirini göstərir. Noyabrın 3-nə olan məlumata görə, ABŞ-da işsizlik səviyyəsi 3,9 faizə enib, təkcə oktyabr ayında əlavə 150 min yeni iş yeri açılıb.
Eyni zamanda, inflyasiya hələ də bir çox istehlakçı üçün arzuolunan deyil və ona görə də əksər amerikalı daha yüksək əməkhaqqı paketləri axtarır. Müqayisə üçün qeyd edək ki, silahlı qüvvələrdə yeni əsgərlər ildə 20.000 dollardan az pul qazanır.
Amerikalı siyasətçilərə görə, Hollivud ordunun nüfuzunu aşağı salan bədii filmlər istehsalını artırıb. Ümumiyyətlə, orduda 17-24 yaşlı gənclər arasında 77 faiz tibbi səbəblərə görə narahatlıq keçirib. Narkotik maddələrdən istifadə və ya cinayət əməllərinə görə də orduda müəyyən problemlər var.
Hazırladı: Natiq Səlim,
KONKRET.az