“Amerikalıların təxminən 57%-i ABŞ prezidenti Co Baydenin İsrail – Həmas münaqişəsi ilə bağlı siyasətini bəyənmir”.
KONKRET.az xəbər verir ki, bu “The New York Times” və “Siena Kolleci”nin keçirdiyi sorğuya əsasən məlum olub.
Respondentlərin 46%-i keçmiş prezident Donald Trampın Qəzza zolağındakı münaqişəni Baydendən daha yaxşı idarə edəcəyinə inanır. Sorğu iştirakçılarının 38%-i isə əks fikirdədir.
Respondentlərin 54%-i hesab edir ki, ABŞ İsrailə maliyyə və hərbi dəstəyi davam etdirməlidir, 38%-i əlavə yardımın əleyhinədir.
Sorğuda iştirak edən respublikaçıların 76%-i İsrailə rəğbət bəslədiyini bildirib.
Demokratik partiyanın ardıcılları arasında mənzərə daha mürəkkəbdir: respondentlərin 34%-i fələstinlilərə, 31%-i isə İsrailə simpatiyalarının olduğunu bildirib.
Sorğu iştirakçılarının 44%-i hesab edir ki, İsrail Qəzza zolağında hərbi kampaniyanı dayandırmalıdır, 39%-i isə İsrailin anklavda əməliyyatı davam etdirməsinə ehtiyac olduğunu düşünür.
Burhan,
KONKRET.az