Amerikalıların borcu rekord həddə ÇATDIbackend

Amerikalıların borcu rekord həddə ÇATDI

Tarixdə ilk dəfə olaraq amerikalıların kredit kartı borcu 1 trilyon dolları ötüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin (FES) hesabatında deyilir.

Məlumata görə, kredit kartı borcunun çoxalması ABŞ-da inflyasiyanın artması ilə əlaqədardır.

“Təəssüf ki, bundan sonra bu rəqəm yalnız artacaq. Bunun əsas səbəbi inflyasiya, yüksək faiz dərəcələridir”, – deyə “LendingTree”nin analitiki Matt Şultz bildirib.

Federal Ehtiyat Sisteminin məlumatına görə, 2023-cü ilin ikinci rübündə ABŞ-da kredit kartının qalıq borcu 45 milyard dollar artaraq 1,03 trilyon dollara çatıb.

Bundan əvvəl “Fitch” reytinq agentliyi ölkədə fiskal vəziyyətin pisləşməsi və dövlət borcunun artması səbəbindən ABŞ-ın uzunmüddətli emitent reytinqini “AAA”dan “AA+”a endirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*