Amsterdamdakı “qırmızı fənər”lərin ünvanı dəyişdibackend

Amsterdamdakı “qırmızı fənər”lərin ünvanı dəyişdi

Amsterdam şəhər hakimiyyəti seks sevərlər üçün qaynar nöqtə kimi tanınan “qırmızı fənər”ləri paytaxtın cənubunda yeni inşa edilən mərkəzə köçürüb.

KONKRET.az xəbər verir ki, “qırmızı fənər” məhəlləsinin 2021-ci ildən bəri yenidən köçürülməsi təşəbbüsü ilə çıxış edən Amsterdam meri Femke Halsema bununla turistlərin sayını artırmağı və kiçik cinayətlərin kökünü kəsməyi düşünür.

O, bildirib ki, “erotik mərkəz” üçün ən uyğun yeri Amsterdamın cənub bölgəsindəki Avropa Bulvarı hesab edirlər. Halsema əlavə edib ki, Şəhər Şurası gələn ilin əvvəlində buna səs verəcək.

Xatırladaq ki, Amsterdamın Avropa Bulvarı “erotik mərkəz” açmaq üçün nəzərdə tutulan üç məkandan biri idi.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*