backend

Ana bu geyiminə görə valideyn iclasından qovuldu - FOTO

Anne Isabel Castro adlı 3 uşaq anası məktəbdə valideyn iclasından qovulub.
KONKRET.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Kolumbiyada baş verib.
Görüşdən uzaqlaşdırılmasının səbəbinin həddindən artıq açıq-saçıq geyimi olduğunu deyən qadın sosial şəbəkə hesabında bu vəziyyətə üsyan edib. Aşağı kəsilmiş bluz və yırtılmış cins şalvar geyinərək iclasa qatılmağa çalışan Castro koronavirus qaydalarına əməl etdiyini və bunun üçün maska ​​taxdığını da bildirib. Görüşdən niyə uzaqlaşdırıldığını əvvəlcə anlamadığını deyən qadın sonradan bunun paltara görə olduğunu başa düşüb.
Castro sosial media hesabında sözügedən geyimi paylaşaraq bunları dilə gətirib:
“Evdən çıxdım və güzgüyə baxanda yaxşı geyindiyimi düşündüm. Cins şalvar və olduqca təsadüfi olduğunu düşündüyüm bir bluz geydim. Bir işçi mənə “belə gələ bilməzsən” dedi. Daha sonra müəllim eyni cümləni söylədi və dedi ki, məktəbdə qaydaları oxumalıyam. Ayrı-seçkiliyə məruz qaldığımı hiss edirəm. Çünki heç kimin başqasını mühakimə etməyə haqqı yoxdur”.

 

/azxeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*