Cənubi Koreya prezidenti Yoon Suk Yeol aclıq aksiyası keçirən ana müxalifət lideri Li Jae-myungun rüşvətxorluq və digər ittihamlarla həbsinin parlamentdən təsdiqlənməsini tələb edən vəsatəti imzalayıb.
KONKRET.az xəbər verir ki, Demokratik Partiyanın lideri Li qalmaqallı tikinti layihəsinə görə ittiham olunur. Həmin ittihamlarda onun rüşvətxorluq və korrupsiyada adı hallandırılır.
Ədliyyə Nazirliyi vəsadəti parlamentə təqdim edib. Qanuna görə, parlamentin sədri təklifi 72 saat ərzində səsverməyə çıxarmalıdır.
Parlamentdə çoxluğa sahib olan müxalifətçi deputatlar bunun əleyhinə səs verərsə, təklif rədd edilə bilər. Digər tərəfdən, vəsatət qəbul olunarsa, Li haqqında həbs qərarı verilib-verilməyəcəyinə dair dinləmələr keçirilməlidir. Təklif rədd edildiyi təqdirdə prokurorlar Lini həbs olunmadan mühakimə edəcəklər.
Natiq Səlim,
KONKRET.az