Ana UZİ-də bətnindəki uşağı gördü və dəhşətə gəldi – FOTObackend

Ana UZİ-də bətnindəki uşağı gördü və dəhşətə gəldi - FOTO

ABŞ-da 24 həftəlik hamilə olan Ayanna Karrinqton ilk körpəsinin cinsiyyətini öyrənmək üçün ultrasəs müayinəsi etdirib və gördüyündən dəhşətə gəlib. Konkret.az ABŞ mediasına istinadla xəbər verir ki, ultrasəs müayinəsi zamanı böyük bir “sürpriz”lə qarşılaşan Ayanna monitora baxanda sadəcə dəhşətə gəlib. Ekranda uşaq çevrilib və hiyləgər bir təbəssümlə ona baxıb.

Heç vaxt buna bənzər bir şey görməyən Karrington o qədər qorxub ki, əvvəlcə körpəni şeytana bənzədib. Ancaq sonra hər şeyin qaydasında olduğu məlum olub. Tezliklə amerikalı xanımın ağlı başına gəlib. Lakin o, gülməli bir hadisəni sosial şəbəkələrdə paylaşmaq qərarına gəlib. Artıq atası kimi körpəyə aşiq olduğunu deyən ana onun doğuşunu səbirsizliklə gözlədiyini deyib: “Mən belə bir şey görməmişdim, sadəcə oğlan və ya qız olub-olmadığını bilmək istədim. Ancaq mən artıq bu “şeytan uşağı” çox sevirəm”.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*