“Anam xəstə oldu, bu zaman atam getdi və başqası ilə ailə qurdu. Ögey bacım, qardaşım var. Atam vəfat edəndən sonra istədim onu yanıma gətirib və təhsil verim. Amma anaları qoymadı”.
KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Həftənin qonağı” verilişində deyib. Müğənni valideynlərinin ayrılmasından və ögey bacı-qardaşından danışıb:
“Anam atamı çox sevirdi. Həmin ərəfədə nişanlı idim, ona təəccüblü gəlirdi. Deyirdi, nə ola bilər ki, 45 yaşında insan 5 uşaqla niyə boşanır? İndi də bacımla, qardaşımla əlaqəm var. Təəssüf ki, təhsil almadılar. Amma ehtiyacları olanda deyirlər, əlimi uzadıram”./Axşam.az