ANAMA mina təmizləmə işləri ilə bağlı MƏLUMAT YAYDIbackend

ANAMA mina təmizləmə işləri ilə bağlı MƏLUMAT YAYDI

Avqustun 2-dən 8-dək 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında qeyd olunur ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 180 piyada əleyhinə mina, 3 tank əleyhinə mina və 112 partlamamış hərbi sursat aşkarlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*