Füzuli Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KONKRET.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
Xatırladaq ki, hadisə ötən il dekabrın 9-da rayonun Arayatlı kəndi ərazisində baş verib. S.Qəhrəmanovun idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində S.Qəhrəmanov və avtomobildə olan ANAMA əməkdaşları – 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və 1990-ci il təvəllüdlü Mustafa Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilsələr də, sonrada M.Qasımov orada ölüb.