Anar Quliyev qərar imzaladıbackend

Anar Quliyev qərar imzaladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Kollegiyanın və Komitənin sədri Anar Quliyev qərar imzalayıb.

Qərara əsasən, binalarına və otaqlarına bu layihələndirmə normalarının aid edilmədiyi dövlət qurumlarının siyahısı genişləndirilib. Belə ki, siyahıya Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, eləcə də Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

İndiyə qədər bu normalar Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Müdafiə, Daxili İşlər, Xarici İşlər nazirlikləri, Dövlət Sərhəd, Səfərbərlik, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat xidmətləri, səfirlik, dövlət arxivi, telekommunikasiya rabitəsi binaları, həmçinin mobil (səyyar) binalardakı ofis otaqlarının layihələndirilməsinə şamil edilmirdi.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*