Azərbaycanda ana və qardaş 18 yaşlı qıza “dağ basdılar” – FOTObackend

Azərbaycanda ana və qardaş 18 yaşlı qıza “dağ basdılar” - FOTO

Azərbaycanda 18 yaşlı qız anası və qardaşı tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb:

“18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdıraraq bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. Xanıma verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*