Andranik Köçəryan: “Mən dəfələrlə Ruben Vardanyanın Qarabağda görünməsinin təhlükəli olduğunu demişəm”backend

Andranik Köçəryan: “Mən dəfələrlə Ruben Vardanyanın Qarabağda görünməsinin təhlükəli olduğunu demişəm”

“Mən dəfələrlə mətbuata hazırda Bakıda əsirlikdə olan Ruben Vardanyanın Qarabağda görünməsinin təhlükəli olduğunu demişəm”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

“Mən hələ də düşünürəm ki, onun Qarabağ səfərində müəmmalı problem var və bu, son ana qədər onun hərəkətlərində də hiss olunub.

Ruben Vardanyan son vaxtlara qədər Qarabağı heç vaxt tərk etməyəcəyini desə də Laçın dəhlizi ilə getməli olduğuna qərar verib. Ona bu təminatı kim vermişdi? Ancaq sonda bu təminatın səhv olduğu üzə çıxdı.

Ermənistana gəlincə, məhbusların qaytarılması ilə bağlı hakimiyyətin hərəkətləri ictimaiyyətə açıqlanmamalıdır.

Maraqlıdır, niyə qorunan insanlar əsir düşüb? Bu mühafizəçilər nə ediblər? “Hərbi-siyasi rəhbərliyin” (Qarabağda kök salan separatçıları nəzərdə tutur) ələ keçirilməsinə necə icazə veriblər?

Onlar gizli məlumatları daşıyırdılar. Bütün bu mühafiəçilər sərhədi uğurla keçiblər və Ermənistandadırlar. “Təhlükəsizlik strukturları” öz problemlərini sona qədər həll etməyə borclu idilər.

İstintaq komissiyasının dindirilməsi zamanı biz ancaq Samvel Şaxramanyanı dinləyə bildik, amma vaxt imkan versəydi, Bakıya aparılan məhbusların necə ələ keçirildiyi, harada olduqları, rus sülhməramlı qüvvələrin rəhbərliyi ilə hansı razılaşmaların əldə edildiyi barədə cavab almalıydıq.

Çünki rus sülhməramlılarının üzərinə hər kəsin, xüsusən də “siyasi rəhbərliyin” təhlükəsizliyini təmin etmək missiyası düşmüşdü”, deyə Köçəryan qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*