Tevanyan: “Paşinyan Zəngəzur dəhlizini müharibə yolu ilə təhvil verəcək”backend

Tevanyan: "Paşinyan Zəngəzur dəhlizini müharibə yolu ilə təhvil verəcək"

Paşinyan Zəngəzur “dəhlizini müharibə yolu ilə təhvil edəcək. Buna görə Rusiyanı günahlandıracaq, anti-Rusiya əhval-ruhiyyəsini artıracaq, ardınca Rusiya bazasının Ermənistandan çıxarılması tələbini irəli sürəcək, KTMT-dən çıxmaqla bağlı bəyanatlar səsləndirəcək” .

KONKRET.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, müharibə hər an başlaya bilər. O xatırladıb ki, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Rusiya ilə münasibətlərə gərginlik gətirib.

“O, (Paşinyanın nəzərdə tutur -red.) Saakaşvilinin yolu ilə getdi və Qərbin əlində alət oldu, KTMT-nin baş katibi Yuri Xaçaturovu və Rusiya ilə münasibətlərin dərinləşməsi tərəfdarlarını həbs etdi. Biz indi Rusiya ilə diplomatik müharibə vəziyyətindəyik. Hakimiyyətin 2018-ci ildə Rusiya ilə başladığı polemika bu gün də davam edir və bu, suverenliyimizi məhv edir”, – Tevanyan əlavə edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*