Andrey Lunin “Qalatasaray”dan təklif gözləyirbackend

Andrey Lunin “Qalatasaray”dan təklif gözləyir

Ukraynalı qapıçı Andrey Lunin yayda İspaniyanın “Real Madrid” klubundan ayrılmaq və “Qalatasaray”da çıxış etmək istəyir.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

26 yaşlı qolkiper az forma şansı əldə etdiyi üçün Madrid təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Türkiyənin “Qalatasaray” klubu da ukraynalı qolkiperin transferində maraqlı olduğundan, tərəflər arasında danışıqlara ən qısa zamanda başlanacaq.

“Real Madrid” isə oyunçunu 20 milyon avro müqabilində buraxmağa hazırdır.

Qeyd edək ki, Luninin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*