“Android” sistemində təhlükəli boşluq aşkar edildibackend

"Android" sistemində təhlükəli boşluq aşkar edildi

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Android” platformasının idarəetməsi altında işləyən milyonlarla qurğuya zərər verə bilən boşluq aşkar ediblər.

KONKRET.az  xəbər verir ki, mütəxəssislər bu boşluğu yüksək təhlükə səviyyəsinə malik kimi qeyd ediblər. Boşluq “Qualcomm Adreno” qrafik prosessorunun drayverində aşkar edilib.

Mütəxəssislərin sözlərinə görə, təcrübədə bu boşluq vasitəsilə qurğuya hücum etmək olduqca çətindir. “Qualcomm” şirkəti artıq bu məsələyə reaksiya verib və gələn ilin yanvarında geniş istifadəçi qrupuna əlçatan olacaq təhlükəsizlik paketi çıxaracaq. Ancaq bəzi mütəxəssislər bunun yetərli olmayacağını və qurğulara hücum riskinin saxlanılacağını iddia edirlər. (publika.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*