Ankara ilin sonuna qədər yol xəritəsini razılaşdıracağını gözləyirbackend

Ankara ilin sonuna qədər yol xəritəsini razılaşdıracağını gözləyir

Ankara Moskvanın Türkiyədə qaz qovşağı layihəsi üzrə yol xəritəsini razılaşdırmağa hazır olduğunu alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə prezident administrasiyasındakı mənbə məlumat verib.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bundan əvvəl bildirmişdi ki, Türkiyədə qaz qovşağının yol xəritəsi yaxın gələcəkdə imzalanacaq və bu, layihənin həyata keçirilməsində irəliləyişə imkan verəcək.

“Biz rusiyalı tərəfdaşlarımızın bu layihənin yol xəritəsinin tez bir zamanda tamamlanmasına münasibətini alqışlayırıq. İlin sonuna kimi bütün detalları razılaşdırıb layihənin icrasına başlamaq istəyirik”, – məlumatda deyilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*