Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərənin Baş naziri Kir Starmer arasında telefon danışığı olub.
KONKRET.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Danışıq zamanı iki ölkə arasında əlaqələr, regional və qlobal məsələlər müzakirə olunub.
Liderlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı da fikir mübadiləsi aparıblar. Ərdoğan Türkiyənin Ukraynadakı müharibənin ən qısa zamanda ədalətli və davamlı sülhlə sona çatdırılması üçün çalışdığını bildirib.
Türkiyə prezidenti prosesə töhfə üçün ölkəsinin sülh danışıqlara ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.