Ankarada yeni ssenari: Yunanıstanda narahatlıqbackend

Ankarada yeni ssenari: Yunanıstanda narahatlıq

NATO-nun Baş katibi Mark Ruttenin Türkiyənin Aİ-nin “SAFE” adlı böyük müdafiə layihəsinə qoşulmasına dəstək verdiyi iddiası Yunanıstanda ciddi narahatlıq yaradıb.

KONKRET.az Globalinfo.az-ya istinadən xəbər verir ki, Yunanıstanın aparıcı qəzetlərindən “Kathimerini” bu addımı “Rutte Türkiyəyə xalça döşədi” ifadəsi ilə şərh edərək Ankaranın əlini gücləndirəcəyini və Afinada təşviş doğuracağını yazıb.

Məlumatlara görə, Rutte ötən həftə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin iclasında Türkiyənin proqramda iştirakına səssiz dəstək göstərib və Ankaranın NATO-AB əməkdaşlığı üçün əvəzolunmaz olduğunu vurğulayıb.

Avropa Komissiyası isə təsdiqləyib ki, Türkiyə artıq 150 milyard avroluq SAFE fonduna rəsmi müraciət edib. Yunan mətbuatı yazır ki, Ruttenin təşəbbüsü məhz bu müraciətlə birbaşa bağlıdır və NATO Baş katibi prosesi sürətləndirməyə çalışır.

Kathimerini bildirir ki, layihədə ən mübahisəli məsələ NATO-nun gizli və açıq hərbi standartlarının paylaşılmasıdır. Bu isə bütün 32 üzv dövlətin razılığını tələb edir. Hesabatda qeyd olunub ki, Türkiyənin təsdiqi olmadan heç bir addım atıla bilməz və bu da Ankaranı prosesin əsas aktoruna çevirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*