“Anna Akopyan Qarabağ xalqından bu qədər inciyibsə, bəs Mehriban Əliyevadan niyə incimir?”.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Akopyanın Qarabağ ermənilərindən incikliyinə eyhamla yazıb.
“Anna Akopyanın ürəyində qisas alovu var. O, 44 günlük müharibədə məğlubiyyətdən sonra Qarabağın iki ildir yolka əyləncəsindən imtina etməsini yəqin unutmayıb.
Akopyan Qarabağ xalqından bu qədər inciyibsə, bəs Mehriban Əliyevadan niyə incimir? Onun çay içmək, muğamlara qulaq asmaq təklifinə məhəl qoymadı. Bir dəfə də olsun azərbaycanlıları emosional şəkildə ittiham etmədi”, – deyə qəzet yazıb.
Xuraman Etibarlı,
KONKRET.az