Anna Mkrtçyan: “AŞPA-nın Azərbaycana qarşı qərarı bir oyundur”backend

Anna Mkrtçyan: "AŞPA-nın Azərbaycana qarşı qərarı bir oyundur”

“Paşinyan və onun komandası çox sevinməsin. AŞPA-nın Azərbaycanla bağlı qərarı heç də onların diplomatiyasının uğuru deyil. Burada başqa oyunlar gedir”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni deputat Anna Mkrtçyan mediaya müsahibəsində bildirib.
O xüsusi olaraq vurğulayıb ki, AŞPA-nın qərarı heç də Ermənistanın xeyrinə deyil. Azərbaycanın Rusiya ilə dərin əməkdaşlığı Avropanı çox ciddi narahat edir.

“Hakimiyyət təmsilçilərini, deputatları eyforiyaya qapılmamağa çağırıram. Əslində Avropa Azərbaycana qarşı sərt sanksiyalar tətbiq etmədi, Azərbaycan nümayəndələrinin səlahiyyətlərini cəmi bir il müddətinə dayandırdı. Ermənistan bu qərara niyə sevinir, bax, onu anlamıram?!

İkinci Qarabağ müharibəsində minlərlə erməninin öldürülməsi məsələsi heç bir beynəlxalq təşkilatın diqqət mərkəzində deyildi. Deməli, bunlar oyundur. Burada Ermənistana qarşı Paşinyan – Əliyev – Ərdoğan birliyi var. Erməni xalqına qarşı işləyən bir güc var və bu güc böyük uğur qazanır”, – deyə Mkrtçyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*