Anna Qriqoryan: ”Azərbaycan bizim starteji ərazilərimizə nəzarət edir”backend

Anna Qriqoryan: ”Azərbaycan bizim starteji ərazilərimizə nəzarət edir”

“İrəvanla Bakı arasında sənəd imzalansa belə, bu, sülh müqaviləsi deyil, mövcud vəziyyəti düzəltmək üçün razılaşma olacaq”

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputatı Anna Qriqoryan deyib:

“Bakı qoşunları geri çəkməyəcək və bu o deməkdir ki, Azərbaycan bizim üçün strateji əhəmiyyət kəsb edən yollara nəzarəti davam etdirəcək. Dünən Azərbaycan hakimiyyəti bəyan edib ki, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi sülh müqaviləsinin mətnindən çıxarılmalıdır. Amma bu, Ermənistan üçün əsas məsələdir. Çünki məhz bu, Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması üçün hüquqi baza yaradır. Bütün bunlarda Paşinyan üçün yeganə vacib olan odur ki, o, Ermənistanın güzəştləri ilə bağlı sənədi sülh müqaviləsi kimi ictimaiyyətə təqdim edə bilsin”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*