Anna Sedokova üçüncü dəfə evlənir – FOTOLARbackend

Anna Sedokova üçüncü dəfə evlənir - FOTOLAR

Müğənni, aparıcısı Anna Sedokova sevgilisi, Latviya basketbolçusu Yanis Timmanın ona evlənmək təklifini etdiyini bildirib. Sənətçi razılaşıb.

KONKRET.az xəbər verir ki, ulduz bu barədə İnstagram hesabında yazıb.

37 yaşlı müğənni sosial şəbəkədə belə yazı paylaşıb: “Mənə elə gəlir ki, səndən əvvəl heç nə olmayıb. Sən əsl sevginin nə olduğunu göstərməklə ortaya çıxdın və həyatımı dəyişdin”.

Əlavə edib ki, indi öz həyatından çox sevməyin nə demək olduğunu dəqiq bilir.

“Sənin üçün ən yaxşı həyat yoldaşı, ən yaxşı dost və tərəfdaş, uşaqlarımız üçün ən yaxşı ana olacağıma söz verirəm” deyə Sedokova yazıb.

O, 28 yaşlı sevgilisini “kainatın ən yaxşı adamı” adlandırıb.

Instagram/annasedokova

Timma Annanın postuna ilk reaksiya verən şəxs olub. Bir neçə ürək emoji qoyub.

Qeyd edək ki, Sedokova üçün bu, üçüncü evlilik olacaq. Anna ilk əri, Kiyev “Dinamo”sunun kapitanı Valentin Belkeviç ilə iki il yaşayıb. Bu əlaqədən16 yaşlı Alina adlı bir qızı var.

Ulduzun ikinci əri sənətkardan Monika adlı bir qız dünyaya gətirən iş adamı Maksim Çernyavski idi. İndi qızın doqquz yaşı var.

Sedokovanın Qektor adlı üç yaşlı bir oğlu da var. Uşağın atası iş adamı Artem Komarovdur. Müğənni doğuşdan qısa müddət sonra ondan boşanıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*