Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEObackend

Türkiyədə döyülən ukraynalı modelin yalanı üzə çıxdı: Onu sevgilisi əzişdirib – VİDEO

Şəbəkədə ukraynalı top model Dariya Kirilyukun iştirakı ilə baş verən qalmaqallı hadisənin videosu yayılıb.

KONKRET.az xəbər verir ki, video Snob Magazin adlı türk nəşrinin İnstagram səhifəsində yayımlanıb.

Bundan əvvəl qız sosial şəbəkədə keçən bazar günü dostları ilə Türkiyənin Çeşmə şəhərində Momo çimərliyinin mühafizəçiləri tərəfindən ağır şəkildə döyüldüyünü bildirmişdi.

 

Посмотреть эту публикацию в Instagram

 

I don’t wanna keep quiet and tell the story what happened to me, my boyfriend and our group. We were attacked by the security of Momo Beach( Çeşme, Turkey). Four girls were punched on the face (including me) and the guys were badly hurt. We gave police detailed reports. We should not turn a blind eye to what happened and stop #stoptheviolenceagainstwomen Sessiz kalmak istemiyorum ve hikayemi bana, erkek arkadaşım ve grubumuza ne olduğunu anlatmak istiyorum. Momo Plajı’nın (Çeşme, Türkiye) güvenliği bize saldırdı. Dört kız (ben dahil) yüzüne yumruk atıldı ve çocuklar kötü yaralandı. Polise ayrıntılı raporlar verdik. Olanlara kör bir göz çevirip durmamalıyız #stoptheviolenceagainstwomen #metoo @momodalyan @milliyetcomtr @hurriyetkelebek @hurriyetcomtr @sabah @takvim Я не хочу молчать и рассказывать историю, что случилось со мной, моим парнем и нашей группой. На нас напала служба безопасности пляжа Момо (Чешме, Турция). Четыре девушки были избиты по лицу (включая меня), и парни сильно пострадали. Мы дали полиции подробные отчеты. Мы не должны закрывать глаза на то, что произошло! #challengeaccepted

Публикация от Daria Kyryliuk (@dariakyryliuk)

Görüntülərdə qızın yerə yıxıldığı və bir gəncin ona yaxınlaşdığı göstərilir. Təsvir bulanıqdır və əslində nəyin baş verdiyini müəyyənləşdirmək çətindir. Ancaq Türkiyə nəşri qızın sevgilisi tərəfindən döyüldüyünü iddia edir.

Kirilyuk bu yazıya reaksiya verib və sevgilisinin onu heç vurmadığını yazıb.

“Mən “Momo”da döyüldüyümə görə stress keçirmişəm. Bu, dəhşətdir. Sevgilim məni sakitləşdirməyə çalışırdı!” – model izah edib.

Qeyd edək ki, ukraynalı model Dariya Kirilyukun döyüldüyü iddia edilən Çeşmə (Türkiyə) kurortundakı Momo çimərliyi 15 gündür bağlanıb. Türkiyənin Turizm naziri Nuri Mehmet Ersoy hadisəni qınayıb və günahkarların cəzalandırılacağına söz verib. Çimərlik rəhbərliyi hadisənin ərazilərindən kənarda baş verdiyini və çimərlik işçilərinin bununla əlaqəsi olmadığını bildirib. Öz növbəsində Ukrayna Daxili İşlər Nazirliyi Türkiyədə Kirilyuka edilən hücumun obyektiv və tez bir şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini vacib sayır.

 

Посмотреть эту публикацию в Instagram

 

When a cat person meets a dog person ❤️

Публикация от Daria Kyryliuk (@dariakyryliuk)

Qeyd edək ki, Dariya Kirilyuk 24 yaşlı model və Green Vibes markasının həmtəsisçisidir. Kirilyuk modelyer kimi karyerasına 12 yaşında başlayıb 18 yaşında Ukraynadan ABŞ-a köçüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*