Antalyanın Aksu və Muratpaşa rayonlarında baş verən meşə yanğınları yaşayış məntəqələrinə yaxınlığı səbəbindən təhlükə yaradıb, bir çox sakinlər təxliyə olunub. Alovlar, məşhur sənətçi Bülent Ersoyun villasına da sıçrayıb. Məlumata görə, sənətçi yanğından son anda xilas edilib, vəziyyəti isə yaxşıdır.
Bu səhər Antalyanın üç müxtəlif rayonunda bir anda başlayan meşə yanğınları səbəbindən göy üzü tüstü ilə örtülüb, yanğınsöndürənlər zamanla yarışaraq alovlara müdaxilə ediblər. 3 nöqtədəki yanğınlar nəzarət altına alınıb, lakin Gazipaşadakı yanğın hələ də davam edir.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, 9 avqustda Antalyada səhnə alacaq olan Bülent Ersoyun Kundu bölgəsi, Güzeloba məhəlləsindəki villasına da alovlar çatıb. Məlumat daxil olduqdan dərhal sonra Antalya Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə qrupları hadisə yerinə gəlib və yanğına müdaxilə edib.
Alovlar nəzarət altına alınsa da, Bülent Ersoy böyük qorxu yaşayıb. Villada onun milyonlarla dəyərində olan səhnə geyimləri və zinət əşyaları da saxlanılırdı. Sanatçının köməkçiləri Arzu Acay və Elnur Can dərhal yardımına gəliblər. Bülent Ersoyun sağlamlıq vəziyyəti hazırda yaxşıdır.