Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda oteldə yanğın baş verib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 turist həyatını itirib, 11 nəfər isə yaralanıb.
Məlumata görə, tarixi Kaleiçi ərazisindəki iki mərtəbəli oteldə baş verən yanğından sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb.
İqbal Rzayev,
KONKRET.az