Antarktikada rekord dərəcədə yüksək temperatur qeydə alındı – + 18,3backend

Antarktikada rekord dərəcədə yüksək temperatur qeydə alındı - + 18,3

Braziliya alimləri Antarktikada rekord dərəcədə yüksək temperatur qeydə alıblar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı AFR agentliyi yayıb.

Mənbə bildirir ki, ağ qitənin tarixində ilk dəfə olaraq hava + 18,3 celsiyə qalxıb.

Rekord fevralın 9-da müəyyən edilib. Braziliyalı alim Karlos Şefer jurnalistlərə bildirib ki, Antarktikada rekord dərəcədə yüksək temperatur qlobal istiləşmə ilə bağlı deyil.

O, bunu sadəcə olaraq konkret anda alınan məlumat adlandırıb.

Bununla yanaşı, Antarktikada temperaturun müsbət 20 dərəcəni keçdiyinə dair xəbər, ehtimal ki, planetin istiləşməsi ilə bağlı narahatlıqları gücləndirəcək.

Qeyd edək ki, Antarktikada buzlaqların sürətlə əriməsi dünya okeanının səviyyəsinin yüksəlməsinə gətirib çıxarır.

BMT-nin məlumatına görə, son on ildə Antarktikada havanın temperaturu yüksək olub. Ən isti il isə 2016-cı ilin payına düşüb.

Bu baxımdan ikinci yerdə 2019-cu il gəlir. 2020-ci ilin birinci ayında da Antarktikada temperatur yüksək olub.

Xatırladaq ki, fevralın 6-da Antarktidada +18,3 dərəcə temperatur qeydə alınıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*