Qarabağ ermənilərinin nümayəndələri indiyədək Azərbaycanın antiterror tədbirləri zamanı ölən və yaralanan separatçıların sayı ilə bağlı müxtəlif rəqəmlər səsələndiriblər. Ölənlərin gah 200, gah da 400 olduğu iddia edilib. Hələ ki, dəqiq rəqəm söylənilməyib.
KONKRET.az xəbər verir ki, “Hraparak” nəşri məlumat yayıb ki, işçi qrup hazırda ölən və yaralananlarım şəxsiyyətini, sayını müəyyənləşdirməyə çalışır.
Hazırda Rusiya sülhməramlılarının antiterror əməliyyatı zamanı ölən erməni hərbçilərinin cəsədlərini topladığı bildirilir. Yalnız bundan sonra düşmənin itkisinin dəqiq sayı mümkün olacaq.
Paşinyan hökumətinə müxalif oaln erməni fəallar bu rəqəmin 500-700 arasında dəyişdiyini iddia edirlər. //Yenisabah.az