Antonio Quterreş: “Peyvənd dünyada ədalətli bölüşdürülmür”backend

Antonio Quterreş: "Peyvənd dünyada ədalətli bölüşdürülmür"

Koronavirusa qarşı peyvəndin dünyada bölüşdürülməsi haqsız və qeyri-bərabər aparılır ki, bu da pandemiyaya qarşı mübarizəni xeyli çətinləşdirə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının videoformatda keçirilən iclasında bildirib.

“İnsanların hər yerdə mümkün qədər tez peyvənd olmaq imkanına malik olmaları üçün hər şeyi etməliyik. Amma peyvəndlə bağlı irəliləyiş xeyli dərəcədə qeyri-bərabər və ədalətsizdir”, – deyən təşkilat rəhbəri indiyədək edilmiş peyvəndlərin 75 faizinin cəmi 10 ölkənin payına düşdüyünü, 130 ölkəyə isə bircə doz da çatmadığını dilə gətirib.

A.Quterreş həmçinin koronavirusa qarşı dünyada peyvəndləmə ilə bağlı xüsusi qrup yaratmağı G20-yə təklif etdiyini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*