Antonio Tajani: “Avropa İttifaqı öz ordusunu yaratmalıdır”backend

Antonio Tajani: "Avropa İttifaqı öz ordusunu yaratmalıdır"

“Dünyada artan silahlı münaqişələr Avropa İttifaqında öz ordusunun yaradılması ilə bağlı müzakirələri gücləndirib”.

KONKRET.az xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Avropa İttifaqı müharibələrin qarşısını alacaq və sülhü qoruyacaq öz silahlı qüvvələrini yaratmalıdır.

“Əgər biz dünya sülhünün daşıyıcısı olmaq istəyiriksə, Avropa ordusuna ehtiyacımız var. ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okeana qədər uzanan böhranların olduğu bir dünyada, İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız mövcud olacaq ordu qoruya bilər. Ona görə də müdafiə və ümumi ordu konkret fakta çevrilməlidir. Və bunu təxirə salmaq olmaz”, – deyə Tajani bildirib.

Onun sözlərinə görə, Aİ müharibəyə hazır deyil, lakin sülhməramlı, monitorinq və çəkindirmə üçün hazırdır.

Artıq bir neçə ildir ki, Aİ ordusunun yaradılması məsələsi müzakirə olunur. Fransa prezidenti Emmanuel Makron 2018-ci ildə bu barədə danışıb. Rusiyanın Ukraynada müharibəyə başlamasından az sonra Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali komissarı Josep Borrell bildirib ki, ittifaq təhlükəsizliyi təmin etmək üçün Avropa ordusuna ehtiyac duyur.

Əsas maneə odur ki, Avropa ordusu ideyası Aİ-nin daha çox mərkəzləşdirilməsini nəzərdə tutur, həm də qismən NATO ilə ziddiyyət təşkil edir. Polşa Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Stanislav Kozay vahid Aİ ordusunu xəyal adlandırıb: onun görünməsi üçün “qərarları verəcək şəxs, kral və ya imperator əvvəlcə ortaya çıxmalıdır, yalnız bundan sonra hansısa ordudan danışmaq olar”.

NATO-nun baş katibi Yens Stoltenberq isə ehtiyat edib ki, Aİ ordusunun meydana çıxması alyansı zəiflədə bilər: “Paralel strukturlar yaratmaq və ya komandanlıq sistemini təkrarlamaq cəhdi yalnız ümumi qarşılıqlı fəaliyyət potensialımızı zəiflədəcək”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*