APOEL-in təsəlli qolunun müəllifi: “Azərbaycana dönüş yaratmaq üçün yollanacağıq”backend

APOEL-in təsəlli qolunun müəllifi: “Azərbaycana dönüş yaratmaq üçün yollanacağıq”

Əlbəttə ki, sonda vurulan qol bizə ümid verdi”.

APA-nın məlumatına görə, bunu Kiprin APOEL klubunun futbolçusu Giorqos Mekris deyib.

O, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən Azərbaycanın “Qarabağ” klubu ilə matç barədə fikirlərini açıqlayıb. Komandasının təsəlli qolunu vuran futbolçu 1:2 hesablı məğlubiyyətdən sonra mərhələ adlamaq ümidlərinin itmədiyini bildirib: “Qarşılaşmanın ilk yarısında kifayət qədər yaxşı oynadıq. Lakin fasilədən sonra buraxılan qol bizdə psixoloji zəiflik yaratdı. Azərbaycanlılar çox yaxşı idilər, daim bacardıqları qədər təzyiq göstərirdilər. Amma bizdə sanki nə isə çatışmırdı. Azərbaycana dönüş yaratmaq üçün yollanacağıq”.

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında cavab görüşü avqustun 13-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*