“Apple” 105 milyon dollar CƏRİMƏLƏNDİbackend

"Apple" 105 milyon dollar CƏRİMƏLƏNDİ

“Apple Japan” şirkəti əcnəbi turistlərə satdığı topdansatış məhsullarına ehtiyatsızlıqdan aksiz vergisi tətbiq etmədiyi üçün 14 milyard yen (təxminən 105 milyon dollar) cərimələnib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Tokio Regional Vergi İdarəsi 2020-2021-ci illər üçün “Apple”ın Yaponiya filialının təxminən 140 milyard yen dəyərində olan satışlarını araşdırıb.

Bildirilib ki, brendin bəzi filiallarında məhsulların xarici turistlərə satıldığı və bu satışlara təsadüfən istehlak vergisinin tətbiq edilmədiyi aşkarlanıb.

“Kyodo” agentliyinin məlumatına görə, şirkət 14 milyard yen (təxminən 105 milyon dollar) məbləğində cərimələnib.

Qeyd olunub ki, “Apple Japan”ın 2022-ci maliyyə ilində satışları 26 milyard dollara çatıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*