“Apple” Enzo Ferrari haqqında serial çəkəcəkbackend

“Apple” Enzo Ferrari haqqında serial çəkəcək

Amerikanın “Apple TV+” striminq xidməti məşhur italyan yarışçısı və “Ferrari”nin qurucusu Enzo Ferrariyə həsr olunmuş serial çəkəcək.

KONKRET.az xəbər verir ki, layihədə iştirak etmək üçün “Peaky Blinders”in yaradıcısı Stiven Nayt və rejissor Stefano Sollima dəvət olunub. Serialın prodüseri Paolo Sorrentino və Lorenzo Mieli olacaq.

Serialın süjeti Luka Dal Montenin Enzonun həyatının beş ilini təsvir etdiyi “Ferrari Reks” kitabı əsasında qurulacaq. Məhz həmin illərdə yarışçı Dino adlı ilk övladını itirib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*