“Apple” Rusiyadakı işçilərinin əksəriyyətini Qırğızıstana köçürdübackend

“Apple” Rusiyadakı işçilərinin əksəriyyətini Qırğızıstana köçürdü

ABŞ-ın “Apple” korporasiyası yayın sonuna qədər işçilərinin əksəriyyətini Rusiya ofisindən Qırğızıstana köçürüb. Köçürülmə üçün hazırlıqlar yazda başlayıb və proses başa çatıb. 

KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşri məlumat yayıb.

Bildirilib ki, şirkət həmçinin bəzi işçilərini BƏƏ və Böyük Britaniyaya köçürüb.

Məlumata görə, “Apple” şirkətinin hökumətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Turdumambetov Qırğızıstanda anadan olub.

Həmçinin, “Google” şirkəti də Rusiyadakı işçilərinə BƏƏ-yə köçməyi təklif edib, lakin hamı buna razı olmayıb.

Qeyd edək ki, rəsmi olaraq şirkət Rusiyada fəaliyyətini dayandırmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*