Apple şirkəti 20 milyon tibbi maska ​​buraxdı – VİDEObackend

Apple şirkəti 20 milyon tibbi maska ​​buraxdı - VİDEO

Apple şirkəti COVID-19-un yayılmasına qarşı mübarizəyə öz töhfəsini verib və 20 milyon tibbi maskalar istehsal etməyə başlayıb.

KONKRET.az xəbər verir ki, şirkət həmçinin tibb işçiləri üçün üzlüklər istehsal etmək niyyətindədir.

Bu barədə şirkətin rəhbəri Tim Kuk öz Twitter səhifəsində bildirib.

“Bizim dizayn, istismar və qablaşdırma üzrə qruplarımız, həmçinin səhiyyə işçiləri üçün üzlüklər istehsal etmək istəyir” – Kuk bir milyondan çox belə üzlüyün istehsal edilməsinin planlaşdırıldığını söyləyib.

Ötən həftə Apple üzlüklərin ilk nüsxələrini ABŞ-ın bir neçə xəstəxanasına çatdırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*