Aprel müharibəsində Azərbaycan ordusu ermənilərin şalvarlarını aşağı saldı – erməni politoloqbackend

Aprel müharibəsində Azərbaycan ordusu ermənilərin şalvarlarını aşağı saldı - erməni politoloq

Beynəlxalq ictimaiyyət hesab edir ki, Azərbaycan 2016-cı ilin aprelində hər şeyi düzgün etdi. Üstəlik, nə ATƏT-in, nə də BMT-in gündəmində Aprel döyüşləri ilə bağlı məsələ görməyəcəksiniz.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Birinci İnformasiya” telekanalına politoloq Andrias Qukasyan bəyan edərək,  ölkənin o zamankı rəhbərliyini xəyanətdə günahlandırıb.

Onun sözlərinə görə, hərbi əməliyyatların başlamasından az əvvəl Azərbaycan kəşfiyyatçıları Əsgəran bölgəsində ermənilərin zenit-raket sistemini məhv ediblər.

“İnanıram ki, Aprel müharibəsi kimi bir əməliyyat müasir dünyada gizlədilə bilməz, amma kəşfiyyatımız bu barədə bir qədər əvvəlcədən məlumat ala bilərdi. Başqa sözlə desək, bu təxribatçı fəaliyyəti bütün silahlı strukturlar gərgin vəziyyətdə saxlamalı idilər” deyib.

O, əlavə edib: “Azərbaycan ordusunun erməni silahlı qüvvələrinin şalvarlarını aşağı salması hakimiyyətin ən yüksək pillələrində xəyanət faktıdır”.

Onun fikrincə, beynəlxalq birliyin Azərbaycanın tərəfində olması üçün məsuliyyət o zamankı xarici işlər naziri Edvard Nalbandyanın üzərinə düşür.

“Niyə Ermənistan bu məsələni heç bir beynəlxalq təşkilatın gündəliyinə salmayıb? Aprel müharibəsi olmayıb? Bunun baş verməsi aydındır, amma niyə? Serj Sarkisyan kimi Edvard Nalbandyan da bu vəziyyəti izah etməlidir” deyib.

Sonda erməni politoloq qeyd edib ki, Serj Sarkisyan və komandasına qarşı xəyanət ittihamı qaldırılmalıdır.

“Dostlarım və mən belə bir cinayətin olduğunu təsdiqləyirik, o, belə bir hərəkət etdi və bu, onun şəxsi məsuliyyətidir” deyə Qukasyan sözlərini tamamlayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*