Aqarunovun vurduğu düşmən tankı Hərbi Qənimətlər Parkında – FOTOLARbackend

Aqarunovun vurduğu düşmən tankı Hərbi Qənimətlər Parkında - FOTOLAR

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi Bakıya gətirilib.

KONKRET.az xəbər verir ki, düşmənin “qələbə” simvolu sayılan tank Hərbi Qənimətlər Parkına yerləşdirilib.

30 il sonra tank layiq olduğu yerə park edilib.

Qeyd edək ki, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*