Aqata Kristi məşhur romanının ideyasını norveçli yazıçıdan oğurlayıb? – Faktlar açıqlandıbackend

Aqata Kristi məşhur romanının ideyasını norveçli yazıçıdan oğurlayıb? – Faktlar açıqlandı

İngilis yazıçısı Aqata Kristi məşhur “Roger Ekroydun qətlləri” romanının ideyasını özü tapmayıb, norveçli yazıçının kitabından götürüb.

KONKRET.az xəbər verir ki, Norveçdə yaşayan ingilis tərcüməçisi Lyusi Moffat Aqata Kristinin romanını yazmaq üçün istifadə etdiyi bir kitab tapdığına inanır. Söhbət Stan Rivertonun 1909-cu ildə nəşr edilən “Dəmir əlil arabası” (Jernvognen) əsərindən gedir.

Bu romanda müəllifin özü qatil olur. Aqata Kristi 1926-cı ildə çap etdirdiyi əsərində də eyni hiyləni işlədib.

Lyusi Moffat bildirib ki, norveçlinin romanının tərcüməsi Britaniyanın “Tip Top Stories” jurnalında 1923-1924-cü illər arasında nəşr olunub. Məlumatı “The Guardian” qəzeti yayıb.

Sonradan bu jurnal “Sovereign” jurnalı ilə birləşib. Aqata Kristinin də əsərləri bu nəşrdə işıq üzü görüb.

News.ru yazır ki, Polyak yazıçısı Yanuş Leon Vişnevski məşhur “İnternetdə təklik” romanının davamını yazıb.  Kitab yayda satışa çıxacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*