Aqil M.Quliyev qadınlardan niyə qaçır?backend

Aqil M.Quliyev qadınlardan niyə qaçır?

Baku TV-nin “Qapqara” verilişinin budəfəki qonağı aktyor, rejissor Aqil M.Quliyev olub.

KONKRET.az xəbər verir ki, gördüyü işlərə həmişə peşəkar yanaşdığını deyən sənətçi əvvəllər daha çox səsi ilə tanındığını bildirib.

“2003-cü ildə yayımlanan “Bəyaz həyat” serialından sonra tamaşaçılar məni artıq sima olaraq da tanımağa başladılar. İlk dəfə səsimi eşidəndə utanıb yerə girdim. Həmin an anladım ki, səsimiz kənardan fərqli eşidilir və onun üzərində işləməyə başladım”, – deyə Aqil M.Quliyev əlavə edib.

O həmçinin şəxsi həyatından danışıb:

“Hazırda sevgi axtarmıram. Son illərdə qadınlar niyyətlərini gizlətmirlər. Onlarla söhbət zamanı görürəm ki, maddiyyata üstünlük verirlər. Buna görə də belə şeylərə xərclədiyim zamanı işimə ayırmağı üstün tuturam”.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*