Ara Ayvazyan: “Acı həqiqətdir, Azərbaycanla heç bir sənəd sülh gətirməyəcək”backend

Ara Ayvazyan: “Acı həqiqətdir, Azərbaycanla heç bir sənəd sülh gətirməyəcək”

Ermənistan hakimiyyəti eskalasiya yoluna getməmək bəhanəsi ilə İlham Əliyevin ölkəmizi “faşist dövləti” və “region üçün təhlükə” adlandırdığı son bəyanatlarına cavab verməkdən yayınıb: “Faşizm məhv edilməlidir, onu ya Ermənistan rəhbərliyi, ya da biz məhv edəcəyik”.

KONKRET.az “aysor.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan yazıb.

“Ermənistan və Azərbaycan cəmiyyətlərində niyə belə bir fikrin formalaşdığını anlamaq lazımdır. Rəsmi İrəvan hansı dövlətlə münasibətimizdən asılı olmayaraq, qonşu ölkə ilə sülhün əldə olunmasının mümkünlüyünə qəti şəkildə inanır. Bəs onda Bakı hansı sülhü istəyir?

Xatırladım ki, 2020-ci ildən “Dəmir yumruq” azərbaycanlıların milli qürur mənbəyinə və simvoluna çevrilib. Qonşu ölkə strateji məqsədlərinə çatmaq üçün gücə üstünlük verir.  İlham Əliyevin ardıcıl bəyanatları və tələbləri şübhə yeri qoymur ki, o, yeni nailiyyətlər əldə etmək istəyir.

Azərbaycan öz məqsədlərinə çatmaq üçün Ermənistanın tam silahsızlaşdırılmasını, onu müdafiə və müqavimət toxunulmazlığından məhrum etməyi tələb edir.

Hər gün Azərbaycan xalqımızın mənəvi-ideoloji tərksilahına doğru gedir.

Acı həqiqətlə üz-üzə qalmışıq.  Azərbaycanla heç bir sənəd və ya razılaşma sülh gətirməyəcək”, deyə o, qeyd edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*