İran XİN rəhbəri ABŞ-la danışıqların növbəti raundunun keçiriləcəyi yeri açıqlayıb.
KONKRET.az xəbər verir ki, Abbas Araqçı danışıqların dördüncü raundunun mayın 3-də keçiriləcəyini bildirib.
“Dolayısı ilə danışıqların növbəti raundu ev sahibi olan ölkənin, yəni Omanın bəyanatına görə Romada baş tutacaq”, – deyə Araqçı bildirib.
İran XİN rəhbərinin sözlərinə görə, ABŞ-la razılıq əldə olunsa, MAQATE onun yoxlanılması məsələləri ilə məşğul olacaq.
Xatırladaq ki, aprelin 26-da Omanda İranın xarici işlər naziri Abbas Araqçı və ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun iştirakı ilə dolayı danışıqların üçüncü raundu keçirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az