Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Qazax rayonu ilə sərhəddə yerləşən Kirants kəndinə baş çəkib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mənbə qeyd edir ki, o, bölgəyə Ermənistanın xarici ölkələrindəki səfirləri ilə gəlib.
Səfər Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin illik seminarı çərçivəsində baş tutub.
Ararat Mirzoyana sərhəddə tamamlanmış və davam edən işlərin təfərrüatı barədə informasiya verilib.
Günül Mikayılova,
KONKRET.az