“Nikol qarabağlıların kiçik vətənlərini oğurlayıb, ləyaqətlərini də oğurlayıb?”.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan bildirib.
“Arsax prezidenti təyin edilmiş müharibə klounu Arayik Arutyunyanın Nikol Paşinyanın Arsaxla bağlı anti-dövlət düşüncələri və həyasız yalanları haqqında bir söz deməyə cəsarət etməyəcəyi faktı olduqca proqnozlaşdırıla bilən idi. Amma başqa dövlət və yarımdövlət strukturlarından, generallardan, marşallardan, admirallardan, generalissimoslardan, prezidentlərdən, qəhrəmanlardan, antiqəhrəmanlardan, qondarma siyasi qüvvələrdən, parlament adlanan qurumdan heç bir reaksiya olmaması sadəcə olaraq ayıb və biabırçılıqdır. Nikol qarabağlıların kiçik vətənlərini oğurlayıb, ləyaqətlərini də oğurlayıb?” – deyə Tevanyan yazıb.