Araz Musayev onu vurduran şəxsin adını çəkdibackend

Araz Musayev onu vurduran şəxsin adını çəkdi

Hazırda ağrılarım var. Ona görə də hələ xəstəxana şəraitində müalicə alıram. Nə zaman çıxacağım haqqında məlumat yoxdur. Məni vurduran adamın cəzalandırılacağına inanıram.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a bir neçə gün öncə Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən deyib.

O, anidən biçaqla vurulduğunu bildirib:

“Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım killer tutmaq oldu”.

Araz Musayev ona qarşı sui-qəsd cəhdini idman ictimaiyyəti üçün biabırçılıq adlandırıb:

“Baş verənlər doğrudan da biabırçı haldır. Bura 100 fərqli ölkədən idmançılar gəlib. Bu ölkələr də hadisədən xəbərdar oldular. Hamı bizə gülür ki, öz millətimiz özümüzə qarşı belə addım atıb. Bir iyrənc hərəkəti ilə nüfuzumuza xələl gətirdi”.

İdmançı başına gələn hadisələrdən öncədən məlumatlı olduğunu deyib:

“Türkiyəyə gəlməmişdən əvvəl bilirdim ki, Adil Əliyevin əli ilə mənə nəsə edəcəklər. Bu barədə hətta paylaşım da etmişdim. Çünki özləri açıq şəkildə demişdilər ki, səni öldürəcəyik. Mən görücü deyiləm ki, başıma gələnləri öncədən dəqiqliyi ilə bilim. Onlar ayın 19-dan məni izləyirdilər. Qəribədir, qardaş ölkə Türkiyədə polis xəstəxana qapısında məni qoruyur, digəri isə öz ölkəmdən məni öldürməyi tapşırır. Məsələnin ən yüksək səviyyədə nəzarətə götürüləcəyinə inanıram”.

Muay-Tay Federasiyasının sədri Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu da ittiham edib:

“Elnurla da danışmışdım bu haqda. Onlar hər şeyi bilirlər. Hər şey adlarını çəkdiyim şəxslərin əli ilə baş tutub. Hətta Elnur Məmmədov mənim üzərimə bir qrup şəxs yollamışdı”.

Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*