“Araz-Naxçıvan”ı “Neftçi”yə dəyişirbackend

"Araz-Naxçıvan"ı “Neftçi”yə dəyişir

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan “Araz-Naxçıvan”da sürpriz yaşanıb.

KONKRET.az “Sportinfo”ya istinadən xəbər verir ki, muxtar respublika təmsilçisi Konfrans Liqasına İqor Ribeyrosuz yollanacaq.

Ötən ilin yayından bəri “ağ-qırmızılar”ın formasını geyinən braziliyalı müdafiəçi klubdan ayrılıb.

Halbuki “Araz-Naxçıvan” cənubi amerikalı ilə bu ilin yanvarında 1.5 illik yeni müqavilə imzalamışdı.

Futbolçu “Neftçi” ilə razılığa gəlib və tərəflər arasında müqavilə imzalanacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*